BİZNES

26 Sentyabr

ABŞ fond indeksləri rekord səviyyədən aşağı düşüb

Finss.az xəbər verir ki, ABŞ fond indeksləri əvvəlki gün rekord həddə çatdıqdan sonra çərşənbə günü ucuzlaşıb.

İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin rəsmilərinin açıqlamalarını və korporativ xəbərləri qiymətləndirdilər.

ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell Providensdə keçirilən tədbirdə deyib ki, ABŞ Federal Ehtiyat Sistemi inflyasiyanın sürətlənməsinin davamlı riskləri səbəbindən çətin vəziyyətdədir, zəif məşğulluq artımı isə əmək bazarının sağlamlığı ilə bağlı narahatlıqları artırır.